10 C
Baku
Şənbə, Dekabr 4, 2021

Paşinyan Sarkisyanın geri çağırdığı səfiri özünə köməkçi təyin etdi

Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Baş nazir Nikol Paşinyanın köməkçisi təyin edilib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Müvafiq qərarı Ermənistan hökumətinin başçısı imzalayıb.

Qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu hissəsinə uyğun olaraq qəbul edilib.

Xatırladaq ki, oktyabrın ortalarında Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər
X