2 C
Baku
Saturday, December 14, 2024

Paşinyan siyasi qüvvələri topladı – Qarabağ müzakirə edilir

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda parlamentdən kənar siyasi qüvvələrin nümayəndələri ilə görüş keçirir.
Ermənistan KİV-lərinə istinadən xəbər verilir ki, görüş Paşinyanın təşəbbüsü ilə keçirilir, iclasın gündəliyinə Qarabağ məsələsi daxildir.

İclasda Ermənistan Respublikaçılar partiyasının (sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi) mətbuat katibi Eduard Şarmazanov, ARF Daşnaksütyunun nümayəndəsi İşxan Sagatelyan, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan, “Respublika naminə” partiyasının rəhbəri Arman Babacanyan, “Respublika” partiyasının sədri Aram Sarkisyan və “Vətən qərarı” partiyasının katibi Suren Saakyan iştirak edirlər.

Son xəbərlər
Digər xəbərlər