6 C
Baku
Monday, December 16, 2024

Paşinyan: Sülhməramlıların mandatının uzadılması barədə sənədi imzalamağa hazıram

Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktybarın 31-də Soçidə keçiriləcək görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirib.

O, bu barədə “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı deyib.

“Biz istəyirik ki, rusiyalı sülhməramlılar öz missiyalarını yerinə yetirməyə davam etsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10 il, 15 il və ya 20 il uzadılması barədə sənədi imzalamağa hazıram. Təklif edirəm ki, Rusiya Prezidenti bununla bağlı təşəbbüslə çıxış etsin. Mən özüm də bu təklifi edə bilərəm, amma Rusiya tərəfi bu təklifi dəstəkləməlidir”, o deyib.

Son xəbərlər
Digər xəbərlər