Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Məlumata görə, iclas zamanı ölkə qarşısında duran çağırışlar və onların aradan qaldırılması üzrə gələcək addımlar müzakirə olunub.
İclasda, həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir ofisinin rəhbəri Arayik Arutyunyan və hakim “vətəndaş müqaviləsi” partiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.