Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəbəb Tayyib Ərdoğanla Praqadakı görüşünü müsbət qiymətləndirib.
Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, onların diskursunda üst-üstə düşməyən məqamlar olmayıb.
“Əgər davamlı iş, siyasi istək və iradə olarsa bu diskursu daha da yaxınlaşdırmaq, yəni münasibətləri nizamlamaq mümkündür” – deyə Paşinyan qeyd edib.
Baş nazirin fikrincə, Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkələrin vətəndaşları üçün açılması ciddi irəliləyiş olar: “Biz hazırda bu məsələ üzərində işləyirik. Amma illuziyaya qapılıb bunun 2 gün içində baş verəcəyini deyə bilmərəm. Lakin biz bunun üçün ardıcıl işləməliyik” – deyə Paşinyan vurğulayıb.