24 C
Baku
Friday, April 26, 2024

Paşinyan: “Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”

“Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, aydın görünür: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

“Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar”, – Paşinyan vurğulayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər