26 C
Baku
Saturday, July 27, 2024

“Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək”

Ermənistan Azərbaycana qarşı məğlubiyyətini etiraf etdikdən sonra atəşkəsə necə nəzarət ediləcəyi sualını cavablandırarkən Leyla Abdullayeva qeyd edib ki, “Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva DHA-ya açıqlamasında bildirib.

Leyla Abdullayeva Ermənistanla imzalanan müqavilənin 5-ci maddəsinə əsaslanaraq bildirib ki, “Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq. Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir”.

Abdullayeva Azərbaycanın həmişə yanında olan Türkiyəyə təşəkkür etdi.

Son xəbərlər
Digər xəbərlər