Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulunu açıqlayıb.
Bunun üçün rəsmi İrəvanın qonşu dövlətlərə ərazi iddiasının olmadığını açıqlamasından sonra baş tuta bilər.
O, Ermənistanın bütün qonşuları ilə normal münasibət qurmaq istədiyini deyib.
“Əgər Gürcüstan və İranla münasibətlərdə mövzu əməkdaşlığın dərinləşdirilməsidirsə, Türkiyə və Azərbaycanla münasibətlərdə söhbət təmasların normallaşmasından gedir”, – Paşinyan deyib.