24 C
Baku
Thursday, October 9, 2025

Paşinyanın impiçmentini 34 deputat dəstəkləyib

Ermənistanın baş naziri Nikol Paşinyanın impiçmentini rəsmi olaraq 34 deputat dəstəkləyib. Bu barədə impiçment prosesini başladan müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan özünün “Facebook” sosial şəbəkəsində məlumat verib. Müxalifətin təşəbbüsünün rəsmən işə düşməsi üçün 36 deputatın dəstəyi tələb olunur.

Parlamentin bəyanat layihəsində qeyd olunur ki, Paşinyan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və dövlətin üzləşdiyi problemlərə effektiv cavab verə bilməyib. “Şərəfim var” fraksiyasının fikrincə, yeni çağırışların yaranmasına baş nazir və onun hökuməti səbəb olub.

Deputatların Paşinyana qarşı irəli sürdükləri ittihamlar arasında milli təhlükəsizlik strategiyasının icra olunmaması, dost ölkələrlə münasibətlərin pisləşməsi, demokratik prinsiplərin və insan hüquqlarının pozulması da yer alır. Sənəddə həmçinin korrupsiya və himayədarlığın (protektsionizmin) artması, hesabatlılığın olmaması və digər amillər qeyd olunub.

18 sentyabrda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, Paşinyan dövləti dağıdır və gələcək hakimiyyət üçün ağır bir miras qoyur. Onun sözlərinə görə, baş nazirin atdığı addımlar ölkəyə ciddi zərər vurur. Keçmiş dövlət başçısı həmçinin qeyd edib ki, müxalifətə qarşı davamlı təhqirlər, baş nazirin qərarlarının nəticələrinin miqyasını dərk etməsinin göstəricisi ola bilər.

Son xəbərlər
Digər xəbərlər