Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Nümayəndə heyəti bu gün Qəbələ şəhərində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşündə iştirak edib.








