26 C
Baku
Saturday, July 27, 2024

Paşinyanın müşaviri: “Məqsədimiz Azərbaycanın mülki əhalisinə zərbələr endirməkdir”

Ermənistanın keçmiş müdafiə naziri, baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan Rusiya telekanalının efirində açıq şəkildə etiraf edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini atəşə tutur.

“İndi biz topçuları vurmaq taktikasını hazırlayırıq. Və gələcəkdə çaxnaşmaya səbəb olmaq üçün dinc yaşayış məntəqələrinə zərbə vuracağıq…”, – Vaqarşak Arutyunyan, “Rusiya 1” telekanalında “Vesti” verilişinə verdiyi müsahibədə deyib.

Rus jurnalistlərin Nikol Paşinyanın müşavirinin açıq şəkildə müharibə cinayətlərini etiraf etdiyini anlayaraq, çıxışı qəfildən kəsərək xeyriyyə konsertindən kadrlarla süjetə davam etməsi diqqətdən yayınmayıb.

Son xəbərlər
Digər xəbərlər