Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedəcək. Sentyabrın 26-30-da Moskvada “Ümumdünya Atom Həftəsi” keçiriləcək və bu tədbirdə öz dövlətlərində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderləri iştirak edəcəklər.
Bu barədə “MediaHub” yazır.
Mənbə bildirib ki, Nikol Paşinyan tədbirə dəvət olunacaq. Bundan əlavə, o, Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyini gözləyir.
Bununla bağlı suala Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Armen Xaçatryan ənənəvi cavab verib.
“Hökumət başçısının səfərləri ilə bağlı məlumatlar müvafiq müddətdə ötürülür”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın “Ümumdünya Atom Həftəsi”ndə iştirakını istisna etməyib.
Paşinyanla Putin arasında sonuncu görüş avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.