12 C
Baku
Saturday, November 23, 2024

Paşinyanın sərvəti açıqlandı

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ölkənin baş nazirinin 2022-ci il üçün aktivləri, gəlirləri, xərcləri və maraqları haqqında bəyannaməni dərc edib.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Təqdim olunan bəyannaməyə görə, Nikol Paşinyanın hər hansı daşınar və ya daşınmaz əmlakı, qiymətli əşyaları yoxdur.

Ermənistan Baş naziri yalnız banklardan birində saxlanılan əmanətini açıqlayıb: 3 milyon 15 min dram (təxminən 7,5 min dollar).

Gəliri isə yalnız aldığı maaş imiş – 12.837.503 dram (illik təxminən 32,5 min dollar). 2022-ci ilin sonunda Paşinyanın müxtəlif bank hesablarında 114,7 dram, 27 701,8 dram, 3,84 ABŞ dolları və 154 562,5 dram pulu qalıb.

Nikol Paşinyanın həyat yoldaşı, “Mer Typaran” MMC-nin 50%-nin sahibi və 2009-cu ildən təşkilatın direktoru olan Anna Akopyanın təmsil etdiyi 1 kommersiya təşkilatında payı var.

 

Son xəbərlər
Digər xəbərlər