ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığında Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üzrə səylər müzakirə olunub.
Məlumatı Ermənistan KİV-i yayıb.
Dövlət katibi ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərini dəstəklədiyni bildirib.
A.Blinkren Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini də bəyan edib. O, Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini də vurğulayıb.