Banker.az xəbər verir ki, Dubay rəhbərliyi Britaniyanın ObjectTech startapı ilə birgə Dubay aeroportu üçün yeni təhlükəsizlik tədbirləri yaradır.
ObjectTech nümayəndələri qeyd edib ki, şirkət Dubay rəhbərliyi ilə birgə rəqəmsal pasportların yaradılması üzərində işləyir ki, bu pasportlar potensial olaraq Dubay Beynəlxalq aeroportunda əl rejimi ilə yoxlanışları uzaqlaşdıra bilər.
Yeni sistem biometriya və blockchain texnologiyası əsasında işləyəcək. Sistem sərnişinlər təyyarənin tunnelində baqajın verilməsi zonasına gəldiyi müddət ərzində 3D-skanerin köməkliyi ilə onların kimliyini təsdiq edəcək.
Blockchain texnologiyası sayəsində yeni rəqəmsal pasport həmçinin məxfiliyin qorunması funksiyası ilə də təmin ediləcək. Sərnişinlər bunun köməkliyi ilə kimlərin onların pasport məlumatlarına giriş əldə edib edə bilməməsinə nəzarət edə biləcək.
Pilot layihənin yaradılması 2020-ci ilə qədər başa çatdırılacaq.