15 C
Baku
Friday, April 26, 2024

Passiv— iqtisadi termininin izahı

İstənilən sahibkarlıq subyektinin fəaliyyəti –müəyyən miqdarda mülk olmadan mümkün deyil. Bu istər xammal və materialların daşınması üçün nəqliyyat vasitələri, hazır məhsullar və yüngül avtomobillər də ola bilər. Bu həmçinin kapital quruculuğu obyektləridir: istər istehsal təyinatlı binalar, tikililər olsun, istər də administrativ mənzillər və kontorlar. İstənilən bir istehsal fəaliyyəti 1) lazımı xammal, 2) körpə heyvanlar (heyvandarlıqda), 3) yarımfabrikatlar 4) az qiymətli tez köhnələn əşyalar və s olmadan mümkün deyil. 

Hətta müəssisə yalnız ticarət sahəsində fəaliyyət göstərirsə, fasiləsiz fəaliyyəti təmin etməli olan ən vacib faktor əmtəənin mövcudluğudur.

Yuxarıda adını sadaladığımız bütün predmetlər müəssisənin aktivlərinin parlaq nümunələridir. Bütün bu mülkləri fiziki cəhətdən hiss etmək, əllə toxunmaq və gözlə görmək mümkündür. Bu baxımdan qeyri-maddi aktivlər istisna təşkil edir –onları hiss etmək mümkün deyil. Bu lisenziya patentləri, sertifikatlar, mülkiyyət hüquqları, müəllif əsərləri aiddir. Müəssisənin aktivlərə sahib olmağının əsas məqsədi gələcəkdə onlar vasitəsi ilə uğur əldə etməkdir.

Aktiv – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur).

Bəs passiv nədir?

Aktivlərin heç biri öz-özünə, heç nədən yaranmır. Evin yaradılması, xammalın alınması və ya xidməti nəqliyyat vasitəsinin əldə edilməsi üçün mütləq vəsaitlər tələb olunur. Öz işi üçün müəyyən aktiv formalaşdıran müəssisənin istər-istəməz subyektlər, təşkilat və fiziki şəxs qarşısında öhdəliyi yaranır. Təşkilatın belə öhdəlikləri onun passivini təşkil edir.

Əgər aktivlər – müəssisənin bütün əmlakını təşkil edirsə, passivlər lazımı vəsaitləri və dəyərləri əldə etmək üçün cəlb edilən maliyyələşmənin mənbəyini göstərir. Təbii ki, aktivlər həmişə öhdəliklərə – passivlərə bərabər olmalıdır. Bu mühasibatlığın “qızıl qaydasıdır”.

Qeyd edək ki, öhdəliklər öz strukturuna görə fərqlənirlər. Onların müəyyən bir qismi təsərrüfat subyektinin sahibkarlarına və ya təsisçilərə məxsus olur. İdarəetmə praktikasında belə hesab olunur ki, müəssisə təşkil etməsinin ən ideal variantında müəssisənin sahibkarlarına məxsus olan öhdəliklər qismi, müəssisənin bütün öhdəliklərinin üçdə bir hissəsinə bərabər olmalıdır.

Öhdəlik – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının (resurslarının) müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.

Bu zaman onların passivləri bu hissəsi şəxsi kapital adlanır. Sahibkarlar müəssisənin yaradılması və ya onun yenidən təşkili zamanı müxtəlif formalarda yatırım edə bilər.

1. Pul vəsaitləri,
2. əsas vəsait obyektləri
3. ya da torpaq şəkilində .

Amma bütün bu tip daxilolmalar passivin şəxsi kapital hissəsində əks olunacaq. Müəssisənin fəaliyyətin başlanğıcında, yəni subyektin sahibkarlardan başqa heç kəsin qarşısında öhdəliyi olmadığı zaman onun aktivləri, şəxsi kapitalının həcminə bərabər olur.

Fəaliyyət prosesi ərzində müəssisə öz aktivlərini genişləndirərək, digər bir öhdəliklər formalaşdırır. Bu öhdəliklər qısa müddəti (bağlanma müddəti bir ilə qədər) və uzunmüddətli (bağlanma müddəti bir ildən daha çox), həmçinin kredit xarakterli (faizlərlə) və cəlb edilmiş (borcun ödənilməsinə qədər müəssisənin ehtiyaclarını qarşılayır) öhdəliklərə bölünür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər