11 C
Baku
Sunday, May 19, 2024

IT Patnyor – olsun ya olmasın?

Nə üçün Azərbaycanda IT autsorsinq sürətlə inkişaf etməkdədir? Təsəvvür edin ki, hər hansı bir konkret sahədə yalnız məhdud sayda yüksək kvalifikasiyalı mütəxəssislər var. Sizə belə kadrlar nəsib olubsa xoşbəxtsiz. Bəs əgər yoxdursa? Bəs əgər belə mütəxəssislərdən sizin biznesinizin inkişaf və çiçəklənməsi asılıdırsa? İşçi götürüb onun təhsilinə, inkişafına yatırım edib onun tələb olunan nəzəri bilikləri əldə etməsinə kimi gözləməyə, həmçinin ən vacibi bir məhdud sahədə çalışaraq çox çətinliklə nail oluna bilən təcrübə yığmasını gözləməyə dəyərmi? Bundan əlavə, İT bazarın öyrənilməsi, bütün yeniliklərin izlənilməsi yetərincə çətin bir məsələdir, xüsusilə də bu sahədə lazımı qədər kvalifikasiyaya sahib deyilsinizsə.

Azərbaycanda autsorsinq dinamik inkişaf edən xidmət olsa da nisbətən yeni sahədir. Əksər hallarda autsorsinqə məhdud zaman ərzində konkret tapşırığın icrası üçün və ya yuxarıda qeyd olunduğu kimi heyətdə olan mütəxəssislərin kvalifikasiyasının yetərsizliyi halında müraciət olunur.

İqtisadi kriz vəziyyətində şirkət rəhbərləri daha tez-tez informasiya infrastrukturunun effektivliyi və onun xarakteristikasının təkmiləşməsi üçün nə etmək olar kimi suallar üzərində düşünməli olurlar, belə ki, istər avadanlıqlar istərsə də proqram təminatı daima həm texniki həm də maliyyə yatırımı tələb edir.

Təbii ki, daima böyüyən və təkmilləşən IT infrastrukturu idarə etmək xüsusi bacarıq, texnologiya, sertifikatlaşdırılmış mütəxəssislərin cəlbini tələb edən mürəkkəb prosesdir və biznesin bu tərəfini nəzərdə saxlamamaq çoxsaylı xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Rəqabət əsrində bu məsələnin uzunmüddətli təxirə salınması genişlənmə və şirkətin biznesinin fasiləsizliyini (Business Continuity Management) təmin etmək işində ciddi əngələ çevrilə bilər.

İstehlakçı bazarında artan rəqabət fonunda IT aktivlərlə professional idarəetmə biznesin fasiləsizliyinə istehsalın effektivliyi və xərclərin azaldılması ilə bağlı çoxsaylı üstünlüklər gətirə bilər.

IT aktivlərin idarəetməsi üzrə hansı IT şirkəti seçməli? Əgər dərindən fikirləşsək məsələ yalnız ən yaxşı avadanlıq və proqram təminatı istehsalçıları ilə partnyor münasibətlərindən ibarət deyil, əlavə olaraq şirkətin informasiya məxfiliyi və təhlükəsizliyi deməkdir, belə ki, partnyor şirkətə qarşı tərəfin bütün informasiya texnologiyaları ilə idarəetmə həvalə olunur.

Autsorsinq xidməti göstərən şirkətlər bir qayda olaraq aparıcı, müvafiq informasiya texnologiyaları sahəsində lider şirkətlər olurlar ki, bu da təklif olunan xidmətlərin keyfiyyət səviyyəsinə zəmanət verir.

Fominov Konsalting şirkəti Azərbaycan bazarında artıq 2012-ci ildən fəaliyyət göstərir.

Fominov Konsalting şirkətinin tərtibatçılardan, layihəçilərdən, mühəndis və texniki yazarlardan ibarət öz heyəti var, müvafiq olaraq bank müəyyən olunmuş tapşırıqların icrasını autsorsinq şirkətə yönləndirərək öz diqqətini tamamilə bank işinə cəmləyə və vaxt və maliyyəsini bankda əlavə IT şöbə yaratmağa və inkişaf etdirməyə sərf etməyə bilər.

Şirkətin təklif etdiyi xidmətlər biznes tapşırıqlarının icrası üçün tam funksiyalı alətdir.

Geniş təcrübəyə malik hazır mütəxəssislər, onların fəaliyyət göstərdiyi və artıq bu sahəyə yatırım etmiş və etməkdə davam edən bir şirkət olduğu halda IT autsorsinq ilə bağlı da suallar yaranmır. Üstünlüklər bu halda açıq-aydın və mübahisəsizdir. Bu sizə IT sahədə geniş texniki biliklər və təcrübə diapazonu olan çoxsaylı professionallarla əməkdaşlıqdan başqa gələcəkdə sizin IT aktivlərinizə servis müşayiəti qazandıra bilər. Daima təkmilləşən IT infrastrukturun quraşdırılma və texniki dəstəyindən başqa bütün strukturun təhlil və fasiləsiz monitorinqinin də vacib olduğunu anlamaq lazımdır.

Bu müştərilərin siyahısında xüsusi yeri banklar tutur, belə ki, IT autsorsinqdə ən məşhur sahələrdən biri məhz maliyyə sektorudur. Krizis mərhələsində autsorsinq həqiqətən də lazımı səviyyədə dayanmağa, bazarda mövqeləri qorumağa və pul vəsaitlərinin istifadəsini nəzarətdə saxlamağa imkan verir.

Bank Respublika və Express Bank öz IT aktivlərini düzgün idarəetmə üzrə ən parlaq nümunədirlər. Hər iki bank IT infrastrukturun təhlükəsizlik və effektivliyi məsələlərinə kifayət qədər vaxt və resurs ayırır, belə ki, bu sahənin yalnız innovativ həlləri rəqabətə tab gətirə və bank müştərilərinin inamını qazana bilər.

Həmçinin AzərİntelTek şirkəti ilə təhlükəsizliyi ən yüksək səviyyəyə çatdırmağa imkan verən Ehtiyat Mərkəzin yaradılması kimi böyük bir layihəni də qeyd etmək lazımdır.

Daima təkmilləşən və əldə olanlarla kifayətlənməyən heyət Fominov Konsalting şirkətinin əsas dəyəridir. Müştəri yönümlü şirkət yüksək xidmət göstərməyə və müştəri tərəfindən təyin olunan bütün tələbləri yerinə yetirmək üçün çalışır. Zaman və çoxsaylı müsbət rəylər və tövsiyyə məktublarının da göstərdiyi kimi son 6 ildə Fominov Konsalting yuxarıda sadalananların hamısını müvəffəqiyyətlə həyata keçirir.

Bu bir daha sübut edir ki, məqsədyönlülük və gərgin əmək istənilən hədəfə çatmaqda yardımçı olan keyfiyyətlərdəndir.

FC YourBusConPart

Son xəbərlər
 ⁠
Digər xəbərlər