34 C
Baku
Thursday, June 20, 2024

Patruşev: “ABŞ və onun müttəfiqləri münaqişəni uzatmağa çalışırlar”

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərbin səylərinə rəğmən rəsmi Moskva Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olacaq.

N.Patruşev bu barədə bazar ertəsi Sibir Federal Dairəsində keçirilən iclasda bildirib.

N.Patruşevun sözlərinə görə, Ukrayna ətrafında baş verənlər göstərir ki, ABŞ və onun müttəfiqləri münaqişəni uzatmağa çalışırlar.

“Lakin Qərbin Ukraynadakı nasist rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”, – Patruşev vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər