Elm dünyasında da müxtəlif hərbi qoşun və ordu növlərinin arasında olduğu kimi insanlar öz istəkləri ilə digər sahədən olan həmkarları ilə zarafat edir, onlara söz atırlar, məsələn bioloqlar heç zaman kimyaçıları ələ salmaq imkanını əldən verməzlər, eləcə də kimyaçılar –fizikləri və s..
Amma, elə bir elmin daxili sahələrindən olan insanlar arasında da belə məzəli rəqabət hökm sürür. Söhbət eyni elmin müxtəlif istiqamətləri üzrə çalışan adamlardan gedir. Məsələn: nəzəri fizikanın nümayəndələri heç zaman öz eksperimentlərini laboratoriyalarda aparan tətbiqi fiziklər ilə yola getmirlər. Onlar da heç zaman biri-birini “sancmaq” imkanını əldən qaçırmazlar. Belə zarafatlardan biri “Pauli effektinin” yaranması ilə nəticələnir, onu qısaca şəkildə belə ifadə etmək olar: “Bəzi insanların təkcə laboratoriyaya gəlişi belə, hətta ən güclü avadanlıqları sıradan çıxarmağa qadirdi” – Volfanq Pauli 1924-cü il.
Laboratoriya avadanlığı məxsusi şəkildə və xüsusi incəliklə quraşdırılmalıdır, təcrübələrin və işin dəqiqliyi bundan çox asılıdır. Volfanq Pauli ( 1900-1958-ci illər) – görkəmli fizika nəzəriyyəçisi, 1945-ci ildə Nobel mükafatı laureatı olmuşdur, o öz həmkarları arasında inanılmaz uğursuzluğu (bəxtsizliyi) ilə seçilmişdir. Hər hansı bir məqsəddən ötrü hər dəfə o, laboratoriyaya düşməli olanda orda həmişə qəza olur, avadanlıqlardan hansısa sıradan çıxırdı. Pualinin ziyarətindən sonra laboratoriyalarda nasazlığın baş verməsi o qədər adət halını almışdı ki, bu uğursuzluq onu həmkarları arasında məşhur etmişdi. Buna görə də həmkarları “Pauli effektini” fikirləşib tapırlar. Beləliklə “dağıdıcı fizik” reputasiyası qısa bir müddətdə bütün elmi cəmiyyətə yayılır.
Ən maraqlısı və təəccübləndirici o idi ki, hətta Pauli avadanlıqlara bir addım yaxınlaşamayanda belə onlar xarab olurdu. Belə bir hadisə məlumdur ki, məşhur fizik Ceyms Frankın Qeytinqen şəhərində yerləşən laboratoriyasındakı yüksək dəqiqliyə malik avadanlıqları gözlənilmədə heç bir səbəb olmadan xarab olanda (işləməyi dayandıranda), Frank zarafat xətrinə Pauliyə Sürix şəhərinə məktub yazır. O məktubda olan hadisələrdən bəhs edir. Cavab məktubda Pauli yazırdı ki, o, Nils Bora baş çəkmək üçün yola çıxıb və müəmmalı səfər zamanı geriyə qatarla qayıdırmış, həmin qatar hadisənin baş verdiyi gün təsadüfən Qettinqen şəhərində yol üstü dayanmışdır.
Başqa bir dəfə isə Puali ilə bir zarafat etmək istəyirlər: relye vasitəsi ilə fizikin mühazirə oxumalı olduğu məkanın giriş qapısını divar saatları ilə elə birləşdirilər ki, Pauli otağa daxil olmaq üçün qapını açanda, saatlar dayansın. Amma bu baş vermir, alim məkanda daxil olanda nədənsə relye işə düşmür.
Əlbəttə artıq bizim dövrümüzdə Pauli effektini sadəcə elmi fantastikaya və ya folklora aid etmək olar. Amma yenə də nəzərə alın: əgər texnika ilə yola getmirsinizsə, və texniki əşyalar avadanlıqlarınız daima sıradan çıxırsa, bəlkə artıq dünyaya bir yaxşılıq edib, nəzəri fizika ilə məşğul olmağa başlayasınız.