Qazaxıstanın Astana şəhərində ilk süni intellekt laborayatoriyası açılır. Laboratoriyanın ilk layihəsi “Telegram” ilə ölkənin superkompüter klasteri arasındakı əməkdaşlıq olacaq. Bu barədə messencerin sahibi Pavel Durov bildirib.
“Bu gün məhz bu binada, “Alem AI”də (Astanadakı beynəlxalq süni intellekt mərkəzinin binası) süni intellekt laboratoriyasının açılışını elan edə bildiyim üçün çox qürurluyam”, – deyə cənab Durov “Digital Bridge” forumunun plenar sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, yeni layihəni Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi işə salacaq.