“Forbes” jurnalı 2022-ci ilin ən varlı adamlarının siyahısını açıqlayıb. Məlumata görə, “Telegram”ın yaradıcısı Pavel Durov reytinqdə 123-cü yeri tutub və 15.1 milyard dollar sərvəti ilə BƏƏ-nin ən varlı adamı olub.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
2021-ci ildə də Durov BƏƏ-nin ən varlı adamları siyahısında lider olub. Buna baxmayaraq, son dövrlərdə milyarderin sərvəti “Telegram”ın 2022-ci ildə kotirovkaları azalan bazar dəyəri səbəbindən düşüb.
Qeyd edək ki, Pavel Durov hələ 2021-ci ildə BƏƏ-nin vətəndaşı olub. Sahibkarın həmçinin Sent-Kits və Nevis vətəndaşlığına sahibdir.