10 C
Baku
Sunday, May 19, 2024

Paxtaxtda bu avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində – “Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası – Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər