9 C
Baku
Monday, November 18, 2024

Paxtaxtda ödəmə terminallarından 10 min manata yaxın oğurluq edən şəxs saxlanılıb

Bakıda ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.

Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma aparılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər