Ötən ilin dekabr ayından hazırki dövrədək 25 mindən artıq torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən Banker.az-a verilən məlumata görə, bəzi ərazilərdə bu istiqamətdə aparılan işlər zamanı bir sıra çətinliklərə rast gəlinir. Belə ki, torpaq islahatı zamanı pay torpağı alan vətəndaşların ailə tərkibinin və şəxsi məlumatların düzgün yazılmaması, vətəndaşlardan bəzilərinin uzun illər torpaq payından istifadə etməməsi, verilən torpaqlardan əlavə sahənin qanunsuz istifadəsi mülkiyyət hüquqlarının qeydiyyatını ləngidir.
Dövlət Xidmətindən bildirilib ki, ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.