Dünya birjalarında neftin qiymətində apreldən bu tərəfə müşahidə edilən artım tempi payız girər-girməz artıq dayanır, ucuzlaşmağa doğru gedir.
Amerika neftinin dəyəri artıq 40 dollar/barel səviyyəsindən ucuz ticarət olunmağa başlayıb. OPEC+ alyansının neftin hasilatının azaldılmasına dair qərarına rəğmən, dünyada koronavirus səbəbindən aktivliyini itirən iqtisadiyyatlar neftə olan tələbatı bərpa etmədi.
Bakı vaxtı ilə 08:40 radələrində WTI neftinin qiyməti oktyabr fyuçersləri üzrə 39.26 dollar/barel təşkil edib. Bununla bağlı Bloomberg-in rəqəmləri deyir. Bu isə sessiya ərzində 1.28% azalması deməkdir. Eyni hal da Brent neftində müşahidə edilməkdədir. Brent nefti noyabr fyuçerslərində 1.08% azalmaqla 42.20 dollar/barel təşkil edib.
Dünyanın böyük neft idxalçısı olan Hindistanda neftə olan tələbindəkə “səssizlik” qiymət artımı arzusu olanlar üçün pis xəbərdir. Bu ölkənin böyük yanacaq podratçılarının istehsalı aydan-aya 20% azalmaqdadır. Əsasən də son iki ay: iyul və avqustda.
Eyni hal dünyanın ən böyük neft idxalçısı olan Çində. Bu ölkədə də yancaq istehsalına olan tələbin bərpası, öncəki aylarda proqnoz edildiyi kimi baş tutmayıb.