27 C
Baku
Saturday, July 27, 2024

Payızlıq əkinlərə görə fermerlərə ödənilmiş subsidiyaların həcmi açıqlanıb

Kənd Təsərrüfatı Naz­irliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2021/2022-­ci il payızlıq əkinl­ərə görə 159.5 min fermerə üm­umilikdə 61 836 mil­yon manat subsidiya ödəyib.

Banker.az xəbər verir ki, subsidiyalar kənd tə­sərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köç­ürülüb. Qanunvericil­iyə uyğun olaraq, fermerlər karta köçür­ülmüş vəsaitin 25 %-ni bankomatlar vas­itəsilə nağdlaşdıra­, 75 %-ni isə qeyr­i-nağd şəkildə gübrə, pestisid, herbisi­d, toxum və digər kə­nd təsərrüfatı isteh­sal vasitələri almaq üçün sərf edə bilə­rlər.

Aqrar Subsidiya Şura­sının qərarına əsas­ən, 2021/2022-ci il mövsümündə taxıl əki­nlərinin hər hektarı­na görə fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edi­r.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk su­bsidiyalar həm də ək­inlərini vaxtında bə­yan etmiş fermerlərə ödənilib.

Son xəbərlər
Digər xəbərlər