Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb.
Banker.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.
Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.
Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.