27 C
Baku
Saturday, June 29, 2024

PayKart– onun imkanları və mümkün faydaları

Kartın üstünlüyü və müştəri rahatlığı üzrə ödəmənin 5 növü

  • Faizsiz alış-veriş
  • Ehtiyac olduqda nağdlaşdırılması imkanı
  • Xaricdə alış-veriş imkanı
  • Partnyor şəbəkəsində faizsiz kredit imkanı
  • Partnyor şəbəkəsində əlavə qiyməti ilə alış-veriş

Taksit kartları bu gün əhali arasında kifayət qədər geniş istifadə olunmaqdadır. Bu kartlara olan maraq artdıqca, ölkənin digər bankları da analoji bank məhsullarını təklif etməyə pay1başlayıb. Taksit kartları ilə istədiyiniz ödənişi çox rahat şəkildə etmək mümkündür. Bu növ kartları əldə edərək istədiyiniz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb ödənişi bərabər hissələrlə ödəmək mümkündür.

Həyatınızı rahatlaşdıran taksit kartlardan biri də “Bank Respublika”nın təqdim etdiyi “PayKart Kredit” –dir. Paykart Kredit kartı MasterCard ödəniş sisteminin bazasında yaradıldığı üçün siz dünyanın 200-dən artıq ölkəsində kreditlə rahat şəkildə alış-veriş edə biləcəksiniz.

Kartı digər taksit kartlardan fərqləndirən özəlliyi nədir?

Kartı digərlərindən fərqləndirən cəhəd alış-veriş zamanı bonuslar əldə etməyinizdir. Bəs bu bosunları necə əldə etmək olar?

PayKart kredit kart istifadəçiləri üçün PayBonus sistemi mövcuddur. PayKart kredit kartının sahibləri müvafiq partnyor şəbəkəsidə 12 aylıq kredit (PayClient) opsiyasından istiafadə edərkən, bonuslar qazanır!

PayClient opsiyası konkret alış-veriş zamanı ödənişi 12 ay müddətinə bölmək imkanı verir.

Toplanan bonuslar kartın bonus balansında əks olunmaqla, bonus layihəsinə qoşulmuş partnyor mağazalarda istifadə (xərclənə) edilə bilər.

PayKart –la faizsiz alış-veriş  (“PayPartner” opsiyası )

PayKart Kredit kartı ilə partnyor şəbəkəsində aparılan alışların ödənilməsi kart sahibinin istəyi ilə bərabər hissələrlə 3, 6, 9 və 12 aya bölünə bilər. Həmçinin partnyor şəbəkəsində aparılan alış-veriş tamamilə faizsizdir.

pay2İstədiyiniz zaman nağdlaşdırma fürsəti (“PayCash” opsiyası)

Kartın PayCash opsiyası istənilən zaman ölkədə və xaricdə pul vəsaitinizin nağdlaşdırılmasına imkan verir.  İstəyinizdən asılı olaraq bu opsiya ödənişin 12 aya bölünə və əlavə faizin nəzərə alınması ilə təqdim edilir. Burada nağdlaşdırılma üçün nəzərdə tutulan maksimal limit ümumi kredit xəttinin 30% təşkil edir.

Partnyor şəbəkəsi xaric və xaricdə alış-veriş imkan  (PayFree” və “PayTravel” opsiyaları)

Kart MasterCard olduğundan xarici ölkələrdə ödəniş etməyiniz mümkündür. Bu zaman ödənişlər birbaşa olaraq 12 aya bölünəcək. Analoji ödənişlər kreditlə, müqavilədə göstərilmiş mövcud faiz dərəcəsinə uyğun həyata keçirilir.

Partnyor şəbəkəsində əlavə qiyməti ilə alış-veriş (“PayClient” opsiyası)

İstifadə etmək istədiyiniz opsiya mümkün olmadıqda, konkret alış zamanı “PayClient” opsiyasını seçmək olar və 12 aya hissə-hissə ödəniş opsiyası əlavə qiymət nəzərə alınmaqla aktivləşdirilə bilər.

10 AZN-dən artıq edilən hər alış-veriş zamanı sizə çek və SMS vasitəsilə yeni ödəniş qrafiki təqdim ediləcək.

Kartla bağlı sual yarandıqda hara müraciət etməli?

Kartla bağlı hər hansı sualınız yaransa aşağıdakı mənbələrdən məlumat ala bilərsiniz.

PayKart- dan kreditin  alınma qaydası və şərtləri

“PayKart Kredit” kartını əldə etmək üçün Bankın ofisinə müraciət edə və yaxud kartın səhifəsinə daxil  olaraq,  tələb olunan ərizə formasını doldurmağınız kifayətdir.

Bununla yanaşı katın verilməsi üçün aşağıda qeyd olunan bir neçə sənədlər tələb olunacaq:

  • Şəxsiyyət vəsiqəsi
  • Gəlirlər haqqında arayış və ya müştərinin əmək haqqı kartı hesabından çıxarış.

Qeyd olunan sənədləri təqdim etməklə gəlirinizdən asılı olaraq 5 il müddətinə 500 – 3 000 manatlıq maksimal kredit xətti əldə edə bilərsiniz. Yəni kart ayrılıqda deyil sadəcə kredit kartı kimi verilir.

Bununla yanaşı PayKart Kredit kartını digər bank kartları kimi, istifadəyə verildiyi andan onlayn rejimində bankın rəsmi internet və Facebook səhifəsindən həmçinin Bankım.az saytında fasiləsiz xidmət göstərən “İnternet şöbə”- sindən sifariş etmək mümkündür.

Lakin Mərkəzi Bankın tələbinə əsasən bank məhsulunun satışı bilavasitə bankın filial və şöbələrində aparılmalı olduğundan, kartı onlayn şəkildə almaq mümkün deyil. Bunun üçün mütləq banka yaxınlaşmalısınız.

Kreditin alınması ilə yanaşı geri ödənişini də asan şəkildə həyata keçirə biləcəksiniz. Beləki, kart üzrə ödənişləri MilliÖn, E-manat terminallarında, onlayn paykart.az səhifəsində və Cash-in bankomatları vasitəsilə etmək mümkündür.

Bankdan verilən məlumatda deyilir ki, hazırda Paykart Kredit üçün mobil əlavə işlənib-hazırlanır və yaxın zamanlarda bu xidmətdən də yararlana biləcəksiniz.

Partnyor şirkətlər

Bu gün Paykart Kredit kartının tanınmış brendlərdən ibarət geniş partnyor şəbəkəsində 200 yaxın brend təmsil olunur . Parnyor şirkətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər