19 C
Baku
Monday, April 29, 2024

Paylı mülkiyyəti olan şəxslər həmin əmlakdan istifadə üçün nə etməlidirlər?

“Bəzən şəxslərin çıxarış əsasında paylı mülkiyyəti olduğu halda həmin mülkiyyətdən istifadə edə bilmirlər. Bu halda həmin əmlakın naturada bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmalıdır”.

Banker.az xəbər verir ki, bunu vəkil Araz Nurməmmədov deyib.

“Əgər həmin vərəsəlik qaydası ilə keçən əmlak mənzildirsə, burada naturada bölgü ilə bağlı məhkəmə qərar çıxarmır və sonda şəxsin iddiasını təmin etmir, çünki həmin mənzil naturada bölünə bilmir. Naturada bölgü o deməkdir ki, məsələn bölgüdə 3 və yaxud daha çox insan iştirak edirsə, hər birinin ayrıca yaşayış sahəsi olmalıdır. Ona görə də şəxs həmin əmlakın hərrac vasitəsilə satılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər”, – deyə o qeyd edib.

Vəkil bildirib ki, paylı mülkiyyəti olan şəxsin ümumi əmlakın cüzi hissəsini təşkil edirsə, bu halda şəxs həmin əmlakdan istifadə edən və yaxud da paylı mülkiyyətdə adı çəkilən bütün şəxslərdən üzərinə düşən payı konpensasiya şəklində tələb edə bilər: “Bu cüzi xarakter daşıyan paylı mülkiyyətin sırf hərrac yolu ilə satılmasının qarşısının alınması yönündə atılmış bir addımdır. Hesab eidrəm ki, bu təqdirılayiqdir. Amma əksər hallarda bu hadisə baş vermir. Daha çox əmlakın hərrac yolu vasitəsilə satışı və hərracdan əldə olunan gəlir hesabına paylı mülkiyyətdə olan payın ödənilməsi formasında konpensasiya olunur. Bunu da əksər hallarda məhkəmə təmin edir”.

A.Nurməmmədovun sözlərinə görə, bəzən əmlakın dəyəri ilə bağlı müəyyən çəkişmələr olur: “Ekspert bəzi hallarda əmlakın dəyərindən aşağı və yuxarı olması haqda rəy çıxardır. Bu da narazılığa gətirib çıxarır. Ona görə də şəxs təkrar ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə müraciət edir. Əgər doğrudan da ekspert rəyi kifayet qədər açıq-aşkar qanunazidd və yaxud da əmlakın dəyərinə uyğunluq təşkil etmirsə, məhkəmə həmin əmlakın yenidən dəyərləndirilməsi ilə bağlı ekspertiza təyin edir. Sonda əgər əmlakın dəyəri ekspert rəyi ilə sübut olunursa, bu halda əmlak hərraca çıxarılır və hərracdan əldə olunmuş gəlir onların paylarına uyğun mütənasib surətdə bölüşdürülür”.

Mənbəe-hüquq
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər