“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC-yə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, Zamin Cəfərov Ramiz oğlu BOKT-nin direktoru təyin edilib. O vəzifəsinin icrasına 1 avqustdan başlayıb.
Bununla da şirkətin əvvəlki direktoru Elnur Əliyev Nüsrət oğlu vəzifəsini tərk edib.
Xatırladaq ki, “Payonix BOKT” MMC 30 iyun 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və 100% pay sahibi Azərbaycan vətəndaşı Fuad Elçin oğlu Bağırovdur. BOKT 16 may 2024-cü ildə Azərbaycan Mərkəzi Bankından BKT-47 saylı lisenziya alıb. BOKT-un əsas fəaliyyət istiqaməti milli valyutada məhdud bank fəaliyyəti həyata keçirməkdir.







