10 C
Baku
Thursday, December 12, 2024

PayPal bir sıra bank xidmətləri təqdim edəcək

Şirkət bank hesabı olmayan istifadəçilər üçün bir neçə yeni xidmət təqdim edəcək

PayPal şirkəti kiçik banklarla əməkdaşlıq edərək ənənəvi bankçılıqda öz təsirini genişləndirmək niyyətindədir. Ödəmə nəhəngi müştərilərinə PayPal hesablarına bağlanmış debet kartları, habelə əmək haqqının depozitə avtomatik köçürülməsi xidmətini təqdim edəcək.

Şirkət yeni məhsulların banklarda hesabı olmayan insanlar üçün nəzərdə tutulduğunu iddia edir. Yeni xidmətlərin test dövründən sonra, 2018-ci ilin birinci yarısında təqdim olunması planlaşdırılır.


PayPal özü bank olmadığı üçün, müştərilərinə bu yeni xidmətləri təqdim etmək məqsədilə partnyor banklarla işləyir. Bu xidmətlərdən istifadə üçün kiçik bir komissiya alınacaq. Eyni zamanda, aylıq tarifikasiyanın daxil edilməsi və ya hesabda minimal balans tələbləri planlaşdırılmır.


Biz rəqəmsal iqtisadiyyata daha çox insan cəlb etməyə çalışırıq. Bank hesabı, kredit və debet kartları olmayan insanlara prepaid (öncədən ödənilmiş) kartların istifadəsindən, əmək haqqıdan əvvəl çeklərin və kreditlərin inkassasiyasından imtina etmək imkanı vermək istəyirik.

Image result for Bill Ready PayPal
Bill Redi PayPal-un EVP və baş əməliyyat direktoru (COO) 

PayPal uzun müddətdir müştərilərinə mağazalarda hesablarına nağd pul köçürmələri üçün debet kartları (PayPal Cash Card) təklif edir. Həmçinin PayPal-a bağlanmış prepaid MasterCard və digər kredit məhsulları da mövcuddur.

Yeni bank məhsulları prepaid kart sahiblərinə təklif olunacaq.

Son xəbərlər
Digər xəbərlər