12 C
Baku
Tuesday, November 19, 2024

“PayPal” investisiyalar şöbəsini yaradıb

Ödəmə sistemi “PayPal” investisiyalar şöbəsini yaradıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“CNBC”nin verdiyi məlumata görə, şirkət “TradeKing” broker firmasının qurucusu Riçard Heygeni işə götürüb. Broker avqust ayından etibarən “PayPal”da investisiyalar şöbəsinin baş direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, daha əvvəl səhm alqı-satqısına icarə vermək niyyəti barədə CEO Den Şulman açıqlama verib. “CNBC” mənbəsinə görə, ödəmə sistemi broker azarında potensial tərəfdaşları ilə artıq danışıqlar aparıb.

“PayPal” ABŞ-da kriptovalyuta əməliyyatlarını da həyata keçirməyə imkan verir. Qeyd edək ki, dünyanın digər ölkələrində bu funksiya məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər