-1 C
Baku
Sunday, December 15, 2024

“PayPal” kriptovalyuta şirkətlərini almaq imkanını nəzərdən keçirir

“PayPal” ödəmə sistemi kriptovalyuta şirkətlərini almaq imkanını nəzərdən keçirir.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib. Bildirildiyi kimi, bu, ödəmə sisteminə rəqəmsal valyutaların əhatə dairəsini genişləndirməyə imkan verəcək.

Xüsusilə, “PayPal” “BitGo” ilə danışıqlar aparır. Tərəflər bir neçə həftə ərzində razılaşma əldə edə bilərlər. Müqavilənin dəyəri açıqlanmır.

“PitchBook”un verdiyi məlumata görə, 2018-ci ildə “BitGo” 170 milyon dollar qiymətləndirmə ilə 58,5 milyon dollar maliyyə cəlb etmişdir. Şirkət 2013-cü ildə Kaliforniyada Mike Belshe tərəfindən təsis edilib, bitkoin və digər kriptovalyutaları saxlamağa imkan verən rəqəmsal cüzdanlar təklif edir.

Xatırladaq ki, oktyabrın 21-də “PayPal” ABŞ-dakı istifadəçilərinə kriptovalyuta almaq, satmaq və saxlamaq imkanını verəcəyini bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər