“PayPal” Rusiyada daxili köçürmələri dayandırır

“PayPal” beynəlxalq ödəniş sistemi bu ilin 31 iyul tarixindən etibarən Rusiya daxilində istifadəçilər arasında köçürmələrin dayandıracağını elan edib.

TASS-ın verdiyi məlumata görə, bu barədə “PayPal” rəsmi veb-səhifəsində bildirib.

“Biz istifadəçi ilə “PayPal” arasında münasibətləri tənzimləyən müqavilələrə dəyişiklik edirik. Bundan sonra yalnız beynəlxalq ödənişlərə dəstək verəcəyik. “PayPal” xidmətlərindən adi qaydada istifadə etmək mümkün olacaq, lakin siz yalnız xarici “PayPal” istifadəçilərinə ödəniş edə və xarici “PayPal” istifadəçilərindən ödəniş qəbul edə bilərsiniz. Siz Rusiyadakı “PayPal” istifadəçilərinə ödəniş edib və vəsait qəbul edə bilməyəcəksiniz”, – məlumatda deyilir

Şirkət həmçinin, ölkədaxili ödənişlər üçün nəzərdə tutulan komissiyaları ödəniş cədvəldən çıxarıb. Eyni zamanda Moskvadakı ofis fəaliyyətini dayandırmayacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları