25 C
Baku
Saturday, July 27, 2024

PayPal “Xoom” ödəniş servisini əldə edir

Amerikanın ödəniş sistemi PayPal San-Fransiskonun ödəmə provayderi olan Xoom servisini 890 milyon dollara əldə edir. Müqavilə hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiq edilib və  gözləntilərə əsasən, müqavilə cari ilin 4-cü rübündə bağlanacaq. Qeyd edək ki, müqavilənin dəyəri 890 milyon dollardır.

PayPal şirkətinin sözügedən xəbərlə bağlı verdiyi məlumatda deyilir: “Xoom servisinin əldə edilməsi PayPal-a öz müştərilərinə daha geniş çeşiddə xidmət göstərmək və yeni müştərilər cəlb etmək imkanı verəcək”.

Verilən məlumatda həmçinin deyilir ki, ödəniş servisi 37 ölkədə əlçatandır və bu PayPal-a bu bazarlarda inkişaf etmək imkanı qazandıracaq.

Son xəbərlər
Digər xəbərlər