Amerikanın ödəniş sistemi PayPal San-Fransiskonun ödəmə provayderi olan Xoom servisini 890 milyon dollara əldə edir. Müqavilə hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiq edilib və gözləntilərə əsasən, müqavilə cari ilin 4-cü rübündə bağlanacaq. Qeyd edək ki, müqavilənin dəyəri 890 milyon dollardır.
PayPal şirkətinin sözügedən xəbərlə bağlı verdiyi məlumatda deyilir: “Xoom servisinin əldə edilməsi PayPal-a öz müştərilərinə daha geniş çeşiddə xidmət göstərmək və yeni müştərilər cəlb etmək imkanı verəcək”.
Verilən məlumatda həmçinin deyilir ki, ödəniş servisi 37 ölkədə əlçatandır və bu PayPal-a bu bazarlarda inkişaf etmək imkanı qazandıracaq.