“PayPal”ın qurucusu vergiyə cəlb olunmayan pensiya hesabında $5 mlrd. yığıb

“PayPal”ın qurucusu və “Facebook”un ilk sərmayəçilərindən biri Piter Til vergiyə cəlb olunmayan fərdi pensiya hesabında (Roth IRA) 5 milyard dollar vəsait saxlayır.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

O, bu məbləği 20 il ərzində “PayPal”, “Facebook” və “Palantir Technologies”ə investisiya qoyaraq qazanıb. Qeyd edək ki, Til – varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı çıxan insanlardan biridir.

Fərdi pensiya hesabları (Roth IRA) 1997-ci ildə orta təbəqədən olan amerikalıları pensiya əmanəti yaratmağa təşviq etmək üçün yaradılıb. Daha əvvəl vurğulandığı kimi, hesabda toplanan vəsait sahibinin 59.5 yaşından əvvəl çəkilmədiyi təqdirdə vergiyə cəlb olunmur.

1999-cu ildə Til fərdi pensiya hesabına 1.7 milyon səhm yerləşdirib, onlardan biri 0.001 dollar dəyərində olub. İl ərzində Tilin qoyduğu vəsait 1664 dollardan 3.8 milyon dollara qədər artıb. 2019-cu ilin sonunda milyarderin hesabında artıq 5 milyard dollar vəsait olub.

“Berkshire Hathaway” holdinqinin sahibi və dünyanın ən tanınmış maliyyəçisi Uorren Baffet fərdi pensiya hesabında təxminən 20.2 milyon dollar saxlayır. Onun investisiya meneceri Ted Veşler 2018-ci ildə hesabında 264.4 milyon dollar, “Alden Global Capital”ın idarəçisi Rendell Smit isə 252.6 milyon dollar toplayıb.

Ən varlı amerikalıların – “Amazon”un qurucusu Ceff Bezosdan investor Uorren Baffetə qədər – vergidən yayınma sxemlərini “ProPublica” jurnalistləri “Forbes”un hesabladığı gəlirlə müqayisə edərək aşkarlayıblar. Araşdırmada deyilir ki, 2014-cü ildən 2018-ci ilə qədər orta təbəqədən olan ABŞ ailəsinin gəlir vergisi 14% olsa da, Mask bunun cəmi 3.27%-ni ödəyib.

Qeyd edək ki, “ProPublica” araşdırmasında 2016 və 2017-ci illərdə gəlir vergisi ödəməyən siyasətçi Maykl Blumberq və maliyyəçi Karl Aykan da daxil olmaqla, ABŞ-ın digər varlı insanları da yer alıb.

Jurnalistlər yazırlar ki, bir çox top-menecerlər daha az vergi ödəmək üçün əmək haqqını qəsdən aşağı göstərirlər. Məsələn, “Facebook”un rəhbəri Mark Çukerberq rəsmi olaraq ildə cəmi 1 milyard dollar qazanıb. Bunun səbəbi ABŞ-da əmək haqqından yüksək vergi dərəcəsinin tutulmasıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.