7 C
Baku
Saturday, January 10, 2026

Qanunsuz qumar oyunları səbəbindən “e-Pul”un fəaliyyəti dayandırıldı – İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

“Paysis” MMC-yə (e-PUL) təshih tədbirinin tətbiq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Banker.az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Belə ki, cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.

Son xəbərlər
Digər xəbərlər