2023-cü ilin ilk yarımilində Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsi illik müqayisədə 4% artıb.
Banker.az bu barədə Bak Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Belə ki, ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri əhalisi 15 milyard 80.3 milyon manat təşkil edib.
Bu da ölkə üzrə 57%-lik paya malik olması deməkdir. Respublika üzrə 26 mlrd. 312.6 mln. manat idi.
Əhaliyə göstərilən xidmətin həcmi isə 3 mlrd. 240.3 mln. manat dəyərində olub, illik 17.5% artımdır.
2023-cü ilin yanvar-iyun aylarında rayonlar üzrə pərakəndə ticarət dövriyyəsinin həcminə dair göstəricilər
| Rayon | mln. manat |
| Nəsimi | 2,145.5 |
| Nizami | 1,796.5 |
| Sabunçu | 1,704.9 |
| Xətai | 1,675.2 |
| Qaradağ | 1,588.0 |
| Nərimanov | 1,465.8 |
| Yasamal | 1,285.1 |
| Binəqədi | 1,184.1 |
| Səbail | 1,168.4 |
| Suraxanı | 638.6 |
| Xəzər | 421.6 |
| Pirallahı | 6.5 |







