23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Paytaxt üzrə 26486 təhsil işçisi peyvənd olunub

Screen Shot 2021 09 02 at 14.34.20

Paytaxtda təhsil işçilərinin 26 486 nəfəri vaksinasiya prosesinə qoşulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən xəbərə görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.

Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər