16 C
Baku
Friday, April 12, 2024

Paytaxt yollarında sürət həddi endirildi – XƏBƏRDARLIQ

Yağışlı hava şəraiti ilə əlaqədar yollarda sürət həddi aşağı endirilib.

Bu barədə “Banker.az”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Heydər Əliyev prospekti – Hava limanı və Zığ yolu – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

Son xəbərlər
Digər xəbərlər