28 C
Baku
Saturday, July 27, 2024

Paytaxtda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir

Suraxanı rayonu 31 saylı seçki dairəsinin 20 saylı seçki məntəqəsində 7 fevral növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

Hazırda seçki dairəsinin qarşısında sıxlıq müşahidə edilir.

Səsverməyə gələn seçicilər növbəlilik prinsipi ilə səslərini veriblər. Məntəqədə hansısa arzuolunmaz hal müşahidə edilmir.

Qeyd edək ki, məntəqə üzrə 10 nəfər qeydiyyatdan çıxarılıb, hazırda 1200 seçicinin səsvermə hüququ var.

18 nömrəli saylı Nəriman Nərimanov-Nizami-Binəqədi rayon üzrə seçki dairəsinin 24 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərində səsvermə prosesində seçicilərin xüsusi fəallığı müşahidə olunur.

Məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1498 nəfərdir. Hazırda seçkidə heç bir insident qeydə alınmayıb.

17 saylı Yasamal III seçki dairəsinin 33 saylı seçki məntəqəsində vətəndaşlar arasında aktivlik müşahidə olunur.

Məntəqədə 947 seçici qeydiyyatdadır. Dörd nəfər xəstə olduğundan səsvermə hüququndan evdə istifadə edəcəklər. Onların da səsi günorta saatlarında qeydə alınacaq. Seçki prosesini izləmək üçün 2-si məşvərətçi olmaqla 18 müşahidəçi iştirak edir. Məntəqədə qeydiyyatda olan ən yaşlı seçicinin 87, ən gənc seçicinin isə 18 yaşı var.

27 saylı Sabunçu seçki dairəsinin 3 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə səsvermə keçirilir.

Məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1443 nəfərdir. Yerli müşahidəçilərdən 09:00-a olan məlumata görə, 16 nəfər qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər