3 C
Baku
Saturday, December 14, 2024

Paytaxtda pensiyaların verilməsinə başlanılıb

Ölkə üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb.

Sentyabrın 10-dan Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda pensiyalar hesablara köçürülüb.

Qeyd edək ki, qrafik üzrə sentyabrın 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Dövlət Sosial Müdafiə Fondunun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilir.

Ayın sonuna doğru hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyaları maliyyələşdirilir.

Son xəbərlər
Digər xəbərlər