Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək aşağıdakılar nəzərdə tutulur:
Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:
• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;
• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları üçün cəlbedici olan);
• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması (velosipedçilərin məlumatlandırılması).
Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:
• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;
• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici). Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:
• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;
• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;
• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.
Velosiped nəqliyyatı şəbəkəsinin göstəriciləri | 2019-cu il | 2027-ci il | 2040-cı il |
Velosiped zolaqların ümumi uzunluğu | 6,0 km | 74,5 km
(100%) |
285,0 km
(382%) |
Şəhərin yeni inkişaf əraziləri daxilindəki zolaqların uzunluğu | – | 36,3 km
(100%) |
203,2 km
(560%) |
Rekreasiya və piyada yolu ərazilərindən keçən şəbəkənin uzunluğu | 3,3 km | 29,4 km
(100%) |
57,2 km
(195%) |
Avtomobil yolları boyu velosiped zolaqlarının uzunluğu | 2,7 km | 8,9 km
(100%) |
24,6 km
(276% |