21 C
Baku
Saturday, May 4, 2024

Paytaxtda üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsi yaradılacaq

Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək aşağıdakılar nəzərdə tutulur:

Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:

• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;

• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları üçün cəlbedici olan);

• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması (velosipedçilərin məlumatlandırılması).

Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:

• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;

• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici). Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:

• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;

• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;

• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.

Velosiped nəqliyyatı şəbəkəsinin göstəriciləri 2019-cu il 2027-ci il 2040-cı il
Velosiped zolaqların ümumi uzunluğu 6,0 km 74,5 km

(100%)

285,0 km

(382%)

Şəhərin yeni inkişaf əraziləri daxilindəki zolaqların uzunluğu 36,3 km

(100%)

203,2 km

(560%)

Rekreasiya və piyada yolu ərazilərindən keçən şəbəkənin uzunluğu 3,3 km 29,4 km

(100%)

57,2 km

(195%)

Avtomobil yolları boyu velosiped zolaqlarının uzunluğu 2,7 km 8,9 km

(100%)

24,6 km

(276%

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər