8 C
Baku
Monday, November 18, 2024

Paytaxtda yeni piyada zonaları təşkil ediləcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır.

Banker.az quruma istinadən xəbər verir ki, Agentliyin təqdim etdiyi vizualizasiyada Bakının İslam Səfərli küçəsinin avtomobillərsiz görüntüsü əks olunub. Artıq bu küçənin piyada zonasına transformasiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər