4 C
Baku
Monday, February 26, 2024

Paytaxtın bir hissəsində sürət həddi endirilib

BNA-nın məlumatında qeyd olunur ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir

BAKI, 12 noyabr – Sputnik. Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

BNA-nın məlumatında qeyd olunur ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə bildirilir.

 

Son xəbərlər
Digər xəbərlər