20 C
Baku
Friday, April 25, 2025

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərinin qaz verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə “Banker.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər
Digər xəbərlər