Paytaxtın ictimai iaşə dövriyyəsi 9%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4% artaraq 144,4 mln manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 mln manat təşkil edib.

©Report