13 C
Baku
Saturday, November 16, 2024

Pedaqoji işçilərin maaşları artırıldı

 Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərarı təsdiq edib.

Banker.az  bildirir ki, bu  qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq olunub.

“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”  2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:”

 

(manatla)

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor və ya elmlər doktoru

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

1

2

3

4

Bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssis-lərin ixtisasartırma kursla-rının dinləyiciləri, fəhlələr

7,41

4,92

3,81

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

8,79

6,37

4,29

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəs-sislərin ixtisasartırma kursla-rının dinləyiciləri

10,60

7,41

4,92

 

 

Son xəbərlər
Digər xəbərlər